Azərbaycanın yeddi ayda ixrac etdiyi elektrik enerjisinin həcmi açıqlanıb

2021.08.18 16:12 (UTC+04:00)

Yanvar-iyul aylarda ölkə üzrə elektrik enerjisinin ixracı 822,4 milyon kilovat/saat təşkil edib.

Energetika Nazirliyindən bildirilib ki, ötən ilin müvafiq dövrünə nisbətən ixrac 94,2 milyon kilovat/saat artıb. İrana 152,3 milyon kilovat/saat, Türkiyəyə 109,1 milyon kilovat/saat, Rusiyaya 56,1 milyon kilovat/saat, Gürcüstana isə 504,9 milyon kilovat/saat elektrik enerjisi ixrac olunub.

Yeddi ay ərzində elektrik enerjisinin idxalı 100,1 milyon kilovat/saat olmaqla, ötən ilin eyni dövrünə nisbətən 15,9 milyon kilovat/saat artıb. İrandan 19,6 milyon kilovat/saat, Rusiyadan 55,8 milyon kilovat/saat, Gürcüstandan isə 24,7 milyon kilovat/saat elektrik enerjisi idxal edilib.