Qızıl və digər zərgərlik məhsulları satan fərdi sahibkarın vergi öhdəliyi

2019.03.16 13:27 (UTC+04:00)

Fərdi sahibkar kimi univermaqda qızıl və digər zərgərlik məhsullarının satışı ilə məşğulam. Sadələşdirilmiş verginin ödəyicisi olaraq hasilatdan 2 faiz vergi ödəyə bilərəmmi?

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Qeyd olunanlara əsasən, qızıl və digər zərgərlik məhsullarının satışını həyata keçirən fərdi sahibkar gəlir vergisinin ödəyicisi kimi uçota alınır.

Əsas: Vergi Məcəlləsi, 218.5.11-ci maddə