Qara metallar və onlardan hazırlanan məmulatların ixracı iki dəfədən çox artıb

2021.08.18 12:15 (UTC+04:00)

Cari ilin yeddi ayında 92,4 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, hesabat dövründə ixrac edilən qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 64,9 milyon ABŞ dollarından çox olub.

Xatırladaq ki, 2020-ci ilin yeddi ayında 27,4 milyon dollarlıq 39,9 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.