Növbəti özəlləşdirmə hərracı keçirilib

2021.08.18 10:17 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən avqustun 17-də təşkil olunmuş növbəti hərracda 13 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 1-i səhmdar cəmiyyətinin səhmləri, 1-i kiçik dövlət müəssisəsi, 11-i isə nəqliyyat vasitəsidir.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/2Ut1Foa ).

Bugünkü hərracda nəqliyyat vasitələrinə daha böyük maraq müşahidə olunub və nəqliyyat vasitələrinin hərracı rəqabətli mühitdə keçib. Məlumat üçün bildirək ki, özəlləşdirmə hərracına çıxarılan dövlət əmlaklarına 4-ü elektron formada olmaqla ümumilikdə 44 sifariş verilib.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.