Qazaxıstanda Dövlət Gəlirləri Komitəsinin aşkarladığı 23 milyard tenqe (91 milyon 786 min manat) vergi borcunun böyük hissəsi nəqliyyat vasitələrinə aiddir. Əmlak vergisini ödəməyənlərin sayı isə 264 min nəfərdir. Onların borcları 1 milyard tenqedən (təxminən 4 milyon manat) artıqdır ki, bu məbləğin də təxminən 269 milyonu (1 milyon manat) cərimə faizləridir. Dövlət Gəlirləri Komitəsindən bildirilib ki, faizlər verginin ödənilmədiyi hər gün üçün hesablanır. Qanunvericilikdə cərimə sanksiyaları nəzərdə tutulmadığına görə banklar borcu olan şəxslərə hesab açmaqdan imtina edə bilər. Lakin bu qayda hesabdan müavinət və ya sosial ödəniş alan vətəndaşlara tətbiq olunmur.