Pambıq lifi və ipliyinin ixracı artıb

2021.08.17 17:38 (UTC+04:00)

Cari ilin yeddi ayında 88,4 min ton pambıq lifi və 10,1 ton pambıq ipliyi ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib ki, ixrac edilən pambıq lifinin dəyəri 134,9 milyon dollar, pambıq ipliyinin dəyəri isə 28,8 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin yanvar-iyul aylarında 71,6 milyon dollarlıq 53,3 min ton pambıq lifi, 10,6 milyon dollarlıq 5102 ton pambıq ipliyi ixrac edilib.