Yanvar-iyul aylarında Azərbaycandan MDB ölkələrinə 891 milyon 376 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2020-ci ilin müvafiq dövrünə nisbətən 81 milyon 477 min dollar çoxdur.
Cari ilin yeddi ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 1 milyard 495 milyon 59 min dollar olub.