Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi yarım milyard dollara çatır

2021.08.17 11:23 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 467 milyon dollara yaxın olub.

Ukrayna Dövlət Statistika Komitəsindən bildirilib ki, 7 ayda Azərbaycan bu ölkəyə 210,3 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 256,5 milyon dollar olub.

Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.