Dünya birjalarında neft qiymətləri ucuzlaşır.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar azalaraq 69,36 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,13 dollar ucuzlaşaraq 67,16 dollar olub.