“Deloitte” beynəlxalq audit, konsaltinq və maliyyə məsləhətləri şirkətinin Müstəqil Dövlətlər Birliyi üzrə vergi və hüquq departamentinin rəhbəri Leoniod Peçernikov bildirib ki, xaricdə həyata keçirilən əməliyyatlar üçün vergi ödəyicilərinə göndərilən sorğu və bildirişlərin sayı Rusiyada bir neçə dəfə artıb. Federal Vergi Xidməti artıq daha fərdiləşdirilmiş qaydada, ünvanlı işləməyə başlayıb: vergi əməkdaşları fiziki şəxslərə müəyyən hesaba aid əməliyyatlar üzrə konkret suallar göndərirlər.
Nəzarət edilən xarici şirkətlərin bütün müştərilərini izahat vermək üçün çağırıblar: vergi xidməti əməkdaşları fiziki şəxslərdən əvvəlki dövrlərdə öz gəlirləri haqqında nə üçün bəyannamə vermədiklərini soruşub. Demək olar ki, eyni zamanda maliyyə hesabatları, auditor yoxlamasının nəticələri və gəlirlərin hesablanması haqqında izahat tələb olunur. Bəyannamələrdən başqa, xarici şirkətlərlə bağlı digər hesabat növlərinə də tələbat güclənib.