“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzinə tələbə qəbulu davam edir

2021.08.16 17:11 (UTC+04:00)

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində Peşə Təhsil Mərkəzi 2021/2022-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir:

- Torna və frezer dəzgahların operatoru;

- Proqramla idarə olunan dəzgahların operatoru;

- Sənayedə quraşdırma işləri üzrə usta;

- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru;

- Avtomatika üzrə usta;

- Bitkiçilik mütəxəssisi;

- Aqroservis mütəxəssisi;

- İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı;

- Veb dizayner və proqram təminatçısı;

- Qrafik dizayner.

Təhsil müddəti 1 ildir. Qəbul müsahibə yolu ilə həyata keçiriləcəkdir. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

İlkin müraciətlər Peşə Təhsil Mərkəzinin Elektron müraciət sistemi (https://bit.ly/37f2OCq) vasitəsilə aparılır.

Əlavə məlumat üçün:

Telefon: (051) 205-97-54; (051) 205-43-82

E-poçt: ptm@scip.az