Bu ilin yanvar-iyul aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və İndoneziya qərarlaşıb. Türkiyəyə ixrac 1 milyard 539,6 milyon ABŞ dolları, Tunisə 330,5 milyon dollar, İndoneziyaya isə 81,3 milyon dollardır.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, keçən ilin müvafiq dövrünə nisbətən Türkiyə ilə ixracın dəyərində azalma, Tunis və İndoneziya ilə artım müşahidə olunub.