Azərbaycan Avropa İttifaqı ölkələrindən ən çox İtaliyaya məhsul göndərib

2021.08.16 13:28 (UTC+04:00)

Yanvar-iyul aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın yeddi ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, İspaniya və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 4 milyard 357,7 milyon ABŞ dolları, İspaniyaya 514,4 milyon dollar, Xorvatiyaya isə 497,4 milyon dollar təşkil edib.