Yanvar-iyul aylarında DSMF-nin xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artıb

2021.08.16 11:30 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 133,0 milyon manat və ya 4,9 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, xərclərin 97,3 faizini əhaliyə ödənişlər təşkil edib.