Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin faizlər üzrə ödəniş xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz və ya 61,6 milyon manat azalaraq 246,2 milyon manat icra olunub.
Maliyyə Nazirliyindən bildirilib ki, faizlər üzrə ödənişlər proqnoza nisbətən 14,8 faiz və ya 42,9 milyon manat az icra edilərək illik proqnozun 39,3 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında faizlər üzrə ödəniş xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə may ayında çox, digər aylarda az icra olunub.