Rusiyada vergi işçisi vətəndaşların əvəzinə vergi ödədiyinə görə cəzalandırıla bilər

2021.08.16 14:12 (UTC+04:00)

Rusiyanın Moskvaətrafı vilayətində vergi orqanı işçisinin vətəndaşların əvəzinə vergi ödəməsi ölkə mətbuatında böyük maraq doğuran hadisə kimi işıqlandırılsa da, bu hərəkəti onun özü üçün baş ağrısına çevrilib.

Federal Vergi Xidmətinin (FVX) ərazi əməkdaşının vətəndaşların əvəzinə ödədiyi verginin məbləği isə bir neçə qəpikdən 100 rubladəkdir (2 manat 32 qəpik). Onun sözlərinə görə, bu addımı “texniki səbəblərə görə” yaranan xırda borcları vətəndaşlardan tutmağın daha çətin və baha başa gəldiyinə görə atıb.

Onun bu hərəkəti həmkarlarının başladıqları xidməti yoxlama zamanı aşkara çıxıb.

Mətbuatın araşdırmasına görə onun göstəriciləri öz həmkarları ilə müqayisədə əhəmiyyətli dərəcədə yüksəkdir.

Hazırda vergi əməkdaşının xidməti fəaliyyəti rəhbərlik tərəfindən yoxlanılır.