Dövlət Sosial Müdafiə Fonduna daxilolmalar proqnozu üstələyib

2021.08.14 12:19 (UTC+04:00)

Bu ilin yanvar-iyul aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar proqnoza nisbətdə 210,3 milyon manat və ya 10,5 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,1 milyon manat və ya 6,2 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 125 milyon manat və ya 10 faiz artım olub.