2018-ci ilin yanvar-fevral aylarında ölkədə 11.484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatının, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 1.163,8 manata bərabər olub.