Yanvar-iyul aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 10,5 faiz artıb

2021.08.13 11:17 (UTC+04:00)

Cari ilin yanvar-iyul aylarında proqnoza nisbətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 210,3 milyon manat və ya 10,5 faiz artıb.

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 48,1 milyon manat və ya 6,2 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 125,0 milyon manat və ya 10,0 faiz artım olub.