Dövlət büdcəsinin subsidiyalar üzrə xərcləri artıb

2021.08.12 18:06 (UTC+04:00)

2021-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin subsidiyalar üzrə xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz və ya 85,8 milyon manat artaraq 587,3 milyon manat icra edilib.

Maliyyə Nazirliyindən bildirilib ki, subsidiyalar üzrə xərclər proqnoza nisbətən 16,1 faiz və ya 112,7 milyon manat az icra edilərək illik proqnozun 35,5 faizini təşkil edib. Cari ilin yanvar-iyun aylarında subsidiyalar üzrə xərclər ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar, mart, may və iyun aylarında çox, fevral və aprel ayında az icra edilib.