Əsas kapitalın 69,2 faizi məhsul istehsalı sahələrinə yönəldilib

2021.08.13 12:43 (UTC+04:00)

2021-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7 milyard 59,3 milyon manat məbləğində vəsait yönəldilib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, istifadə olunmuş vəsaitin 4 milyard 883 milyon manatı və ya 69,2 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 639 milyon manatı (23,2 faizi) xidmət sahələrinə, 537,3 milyon manatı (7,6 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 4 milyard 463,7 milyon manatını və ya 63,2 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 4 milyard 797,1 milyon manatı və ya 68 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilən vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 60,3 faiz, büdcə vəsaitləri 19,6 faiz, bank kreditləri 6,0 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, sair vəsaitlər isə 7,1 faiz təşkil edib.