Cari ilin I yarısında Dövlət Vergi Xidmətinin xətti ilə neft sektoru üzrə daxilolmalar 1 milyard 166,8 milyon manat təşkil edib ki, bu da proqnoza nisbətən 361,5 milyon manat (44,9 faiz), ötən ilin müvafiq dövrünə nisbətən isə 60,4 milyon manat (5,5 faiz) çoxdur.
Maliyyə Nazirliyindən bildirilib ki, artım əsasən cari ilin 6 ayı ərzində “Azeri light” markalı xam neftin bir barelinin dünya bazarında orta satış qiymətinin 65,2 ABŞ dolları və ya dövlət büdcəsinin hesablanması zamanı nəzərdə tutulduğundan 25,2 ABŞ dolları çox olması ilə əlaqədardır. Cari ilin yanvar-iyun aylarında neft gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral və mart aylarında az, digər aylarda çox icra edilib.