Qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirilib

2021.08.11 15:58 (UTC+04:00)

Avqustun 11-də Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50102890S dövlət qeydiyyat nömrəli, 100 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.5543 AZN (5.76 faiz) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 milyard 013 milyon 464 min 100 manat olub. Mərkəzi Bankın qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti isə 99.5543 AZN (5.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 100 milyon manat təşkil edib. Notlar sentyabrın 8-də ödəniləcək.