2021-ci il üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan 2 milyard 835 milyon manat vəsaitin cari ilin 6 ayı ərzində 2 milyard 611,8 milyon manatı layihələr üzrə bölüşdürülüb, 223,2 milyon manatı isə ehtiyatda (bölüşdürülməmiş) saxlanılıb.
Maliyyə Nazirliyindən bildirilib ki, bu dövrdə sifarişçi təşkilatlar tərəfindən həmin layihələr üzrə təqdim etdikləri məxaric sifarişləri ilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin cəmi 32 faizi və ya 907,1 milyon manatı istifadə olunub. İstifadə olunmuş vəsait bölüşdürülmüş dövlət əsaslı vəsait qoyuluşu xərclərinin 34,7 faizini təşkil edib.