Azad edilmiş ərazilərin bərpasına büdcədən ayrılan vəsaitin 17 faizi istifadə olunub

2021.08.10 17:14 (UTC+04:00)

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2 milyard 200 milyon manat nəzərdə tutulmuş və 2021-ci ilin 6 ayı ərzində bu vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub.

Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.