Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa Təlim Fondu ilə birgə "Azərbaycanda peşə və kvalifikasiya standartlarının inkişafı və tətbiqi: maraqlı tərəflər üçün praktiki təlimatın hazırlanması" mövzusunda seminar təşkil edib.
Seminar aidiyyəti qurumların, işəgötürənlərin nümayəndələrinin və digər maraqlı tərəflərin, beynəlxalq ekspertlərin iştirakı ilə peşə və kvalifikasiya standartlarının hazırlanması üzrə yeni mexanizmin müzakirəsi, istifadəçilər üçün müvafiq təlimat kitabçasının razılaşdırılması məqsədinə yönəlib. Tədbir zamanı Türkiyə və Estoniyadan gəlmiş ekspertlər bu sahədə öz ölkələrinin təcrübələrini bölüşüblər.