2021-ci ilin iyun ayında Bakı şəhəri üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,6 faiz olub.
Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,8 faizə çatıb.
Həmin dövr ərzində çörək məmulatları və yarmalar üzrə istehlak qiymət indeksləri 100,3 faiz, ət məhsulları üzrə 99,8 faiz, süd məhsulları, pendir və yumurta üzrə 99,6 faiz, mineral sular və sərinləşdirici içkilər üzrə 100,1 faiz, araq və konyak üzrə 100,3 faiz, tütün məmulatları üzrə isə 100 faiz təşkil edib.