Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlirlər 70 milyon 978 min ABŞ dolları olub.
Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, o cümlədən, 7 ayda Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensatın satışından gəlirləri 57 milyon 131 min dollar təşkil edib.
2007-ci ildən cari il avqustun 1-dək isə fondun “Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirləri 3 milyard 738 milyon dollar olub.
Xatırladaq ki, 2020-ci ildə Neft Fondunun “Şahdəniz” qazı və kondensatının satışından gəlirləri 293,9 milyon dollar təşkil edib.