Yeddi ayda Neft Fondu “Azəri-Çıraq-Günəşli” layihəsindən 2,9 milyard dollar qazanıb

2021.08.09 12:05 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində yanvar-iyul aylarında 2 milyard 903,2 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edək ki, Neft Fondunun indiyədək (2001-ci ildən etibarən) AÇG layihəsi üzrə gəliri 152 milyard 308 milyon dollar olub.