İraq-Azərbaycan birgə İşgüzar Şurası yaradılacaq

2021.08.07 11:19 (UTC+04:00)

İraq-Azərbaycan birgə İşgüzar Şurası yaradılacaq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“İraq Respublikasının rabitə naziri Arkan Al-Şaybani ilə görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi, iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün müqavilə-hüquq bazasının gücləndirilməsi və İraq-Azərbaycan birgə İşgüzar Şurasının yaradılması ilə biznes dairələri arasında investisiyaların təşviqi barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.