Hazırda Azərbaycanda İraq kapitallı 180-dən çox şirkət fəaliyyət göstərir.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycan və İraq hökumətləri arasında Birgə Komissiyanın avqustun 6-da Bakıda keçirilən ikinci iclasında deyib.
Nazir müavini qeyd edib ki, bu şirkətlər ticarət, tikinti, xidmət və sənaye sahələrini əhatə edir.