2021-ci ilin yanvar-iyun aylarında paytaxtda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən sabit qiymətlərlə 38,4 faiz artaraq 250,3 milyon manat təşkil edib.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, ötən ilin yanvar-iyun aylarına nisbətən hörmə üçün hazır beton qarışığının istehsalı 54,5 faiz, tikinti gipsinin istehsalı isə 39,3 faiz artıb.