Təhsil müəssisələrinin mənfəətinin vergiyə cəlb edilməsi

2021.08.06 15:18 (UTC+04:00)

Dövlət Vergi Xidmətinin mövzu ilə bağlı açıqlamasında bildirilir ki, təhsil müəssisələrinin, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin təhsil alması üçün yaradılmış xüsusi təhsil müəssisələrinin mənfəəti, mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna olmaqla, mənfəət vergisindən azaddır.

Mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi isə ümumi qaydada mənfəət vergisinə cəlb edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 106.1.7-ci maddəsi