Bu ilin yanvar-iyul ayları ərzində Moldova Respublikasının dövlət büdcəsinə 26,4 milyard ley (1,5 milyard dollar) vergi daxil olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz çoxdur.
Yeddi ay ərzində məcburi dövlət sosial sığorta fonduna 2020-ci ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz çox - 9,2 milyard ley (500 milyon dollar) pul yığılıb. Yerli büdcələrə daxilolmalar da 22,6 faiz çoxalıb və 3 milyard leyə (170 milyon dollar) çatıb.
Avropa Yenidənqurma və İnkişaf Bankı iyulun sonunda Moldovanın iqtisadi artım proqnozunu yenidən qiymətləndirərək 3,5 faizdən 4,5 faizə qaldırıb. Bankın hesabatında bu dəyişikliyə ölkə xaricindən göndərilən pul vəsaitlərinin “müstəsna dərəcədə yüksək” artımının səbəb olduğu qeyd edilib.