Bakıda əsas kapitala yönəldilmiş vəsaitin 55,8 faizi tikinti-quraşdırma işlərinə sərf olunub

2021.08.04 18:09 (UTC+04:00)

Cari ilin yanvar-iyun aylarında Bakı şəhərində əsas kapitala 4 milyard 105,8 milyon manat məbləğində, yaxud 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox vəsait yönəldilib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əsas kapitala yönəldilmiş vəsaitin 2 milyard 290 milyon manatı və ya 55,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.