İyulda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 2000-dən çox müraciət daxil olub

2021.08.04 17:20 (UTC+04:00)

Ötən ay ərzində İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 2088 müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, müraciətlər əsasən istehlakçı hüquqları, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi və İqtisadiyyat Nazirliyinin fəaliyyət istiqamətlərinə dair digər məsələlərlə bağlı olub. Daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər üzrə İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, “195-2” Çağrı Mərkəzi ilə stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan zənglər və “195-2” Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.