Paytaxtda ümumi inşaat işlərinin 87,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüblər

2021.08.04 17:02 (UTC+04:00)

2021-ci ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 67,1 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,2 faizini əsaslı təmir, 5,6 faizini cari təmir, 21,1 faizini isə digər tikinti işləri təşkil edib.

Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, ümumi inşaat işlərinin 87,8 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.