2021-ci ilin altı ayı ərzində “Hökumət Ödəniş Portalı”nda (HÖP) 1,9 milyard manat (ondan 55 faizi nağdsız) həcmində 30,5 milyon ədəd ödəniş tranzaksiyası emal olunub.
Azərbaycan Mərkəzi Bankından bildirilib ki, büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanması üçün yaradılmış “Hökumət Ödəniş Portalı”nın imkanlarının genişləndirilməsi hesabat dövründə davam etdirilib. Hazırda bu infrastruktura 11 mərkəzi icra hakimiyyəti orqanı, 3 Dövlət Agentliyi, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 114 məhkəmə orqanı, 19 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub. Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 900-dən çox xidmət ödənişlərinin toplanması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 26 bank və “Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparılır.