Dövriyyədə olan ödəniş kartlarının sayı 10,4 milyon ədəd təşkil edib

2021.08.04 12:10 (UTC+04:00)

Ölkədə nağdsız ödənişlərin aparılmasında bank kartları əsas ödəniş aləti kimi istifadə olunur. 2020-ci ildə COVID-19 pandemiyası ilə əlaqədar olaraq dünya iqtisadiyyatının həcmi daralsa da, nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artıb, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib. Ödəniş kartlarının sayında və nağdsız istifadə göstəricilərində müsbət dinamika Azərbaycanda da müşahidə olunub.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, iyulun 1-nə dövriyyədə olan ödəniş kartlarının sayı 10,4 milyon ədəd təşkil edib və bu kartların 52 faizi təmassız ödənişləri dəstəkləyib. 2020-ci ilin analoji dövrü ilə müqayisədə ödəniş kartlarının sayı 16 faiz, o cümlədən təmassız kartların sayı 2,3 dəfə artıb. Emissiya edilən ödəniş kartlarının 88 faizi, yəni 9,2 milyon ədədi debet kartlar, 12 faizi yəni 1,2 milyon ədədi isə kredit kartları təşkil edib.