"Reuters" agentliyinin məlumatına əsasən, Avropa İttifaqına (Aİ) üzv ölkələr vergi cinayətlərinə qarşı mübarizə sahəsində təsirli tədbirlər görməyən daha on ölkənin və ərazinin adını "qara siyahı"ya salmaq barədə qərar çıxarıb. Hazırda siyahıda beş yurisdiksiyanın adı var: Amerikaya aid Samoa adaları, Quam, Samoa, Trinidad və Tabaqo, eləcə də Amerikaya aid Virciniya adaları. Əgər Aİ səfirləri siyahının genişləndirilməsi ilə bağlı razılaşma əldə etsələr, siyahı üç dəfə böyüməli olacaq. Buraya Əmman dövlətinin, Sakit okeandakı, eləcə də Qəraib hövzəsindəki yurisdiksiyaların adlarının salınması gözlənilir. Hazırda Aİ-də offşorların siyahısına Birləşmiş Ərəb Əmirliklərinin və Bermud adalarının salınmasının mümkünlüyü məsələsi də müzakirə edilir.