Elektron qaimə-fakturanı kimlər təqdim etməyə bilər?

2021.08.04 10:12 (UTC+04:00)

Vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bununla yanaşı, bank əməliyyatlarını həyata keçirən şəxslər tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi, dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi, eləcə də notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi zamanı elektron qaimə-faktura təqdim olunmur.
Eyni zamanda, qeyd edilən şəxslər tərəfindən elektron qaimə-fakturanın təqdim olunması ilə bağlı məhdudiyyət də nəzərdə tutulmayıb.