ABŞ hökumətinin keçmiş prezident Donald Trampa borcunun olduğu iddia edilir.
Rusiyanın “İzvestiya” telekanalının məlumatına görə, 2011-ci ilin nəticələrinə görə D.Trampın tikdirdiyi göydələnin maliyyə göstəriciləri düzgün qiymətləndirilmədiyinə görə, onun adına artıq vergi hesablandığı bildirilib.
Hazırda bu məsələ ilə sabiq prezidentin vəkilləri məşğuldurlar. Onlar ABŞ-ın İllinoys ştatı səviyyəsində məhkəmənin ilk mərhələsini artıq udublar. Prokuror məhkəmənin qərarından yüksək instansiyaya şikayət etmək niyyətindədir.
Qeyd edək ki, D.Trampın Çikaqoda tikdirdiyi göydələn ətrafında söhbətlər çoxdan gündəlikdədir. O, hələ 2010-cu ildə əmlakının düzgün qiymətləndirilmədiyini bəyan etmişdi.