Birjalarda neft qiymətləri

2021.08.02 10:44 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar geriləyərək 74,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,77 dollar ucuzlaşaraq 73,18 dollar olub.