Neft qiymətlərinin və qeyri-neft ixracının artması tədiyə balansına müsbət təsir göstərir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.
Elman Rüstəmov qeyd edib ki, bu il neftin orta qiymətinin 65 ABŞ dolları olduğu halda, tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ilin sonuna 3,1 milyard dollara və ya ÜDM-in 6,5 faizinə bərabər olacağı proqnozlaşdırılır.