Mərkəzi Bank rəqəmsal manatla bağlı araşdırmalar aparır

2021.07.30 17:01 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal manatla bağlı araşdırmalar aparır və bu sahədə Türkiyə Mərkəzi Bankı ilə həftəlik müzakirələr gedir. Onların ciddi tədqiqatları var və biz də bu tədqiqatlara qoşulmuşuq. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək. Hesab edirəm ki, bu, rəqəmsal iqtisadiyyatın ciddi tərkib hissəsi olacaq.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.