Azərbaycandakı makroiqtisadi sabitlik İsrailin biznes dairələrinin diqqətinə çatdırılıb

2021.07.30 14:22 (UTC+04:00)

İsrailin biznes dairələri ilə görüşdə Azərbaycandakı makroiqtisadi sabitlik, xarici sərmayələr üçün geniş imkanlar yaradan əlverişli biznes mühiti, zəngin resurslar diqqətə çatdırılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir deyib: “İnanırıq ki, qarşılıqlı müzakirələr sərmayə qoyuluşlarının artırılması, kiçik və orta biznesin inkişafı sahəsində əlaqələrin genişləndirilməsində əhəmiyyətli olacaq, İsrail şirkətlərinin azad olunmuş ərazilərimizin bərpasında iştirakda marağını daha da artıracaq”.