Sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad olunacaq

2019.03.14 15:48 (UTC+04:00)

Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər üzrə Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov jurnalistlər üçün təşkil edilən təlimdə bildirib ki, 2020-ci ildən etibarən sıxılmış qazla işləyən avtobuslar 5 il müddətinə ƏDV-dən azad ediləcək. Qeyd olıunub ki, hazırda paytaxtda istifadə olunan "BakuBus" avtobusları da sıxılmış qazla işləyir. Həmçinin bu ilin mart ayının 8-dən sıxılmış qazla hərəkətə gətirilən, məxsusi olaraq hava limanlarında istifadə edilən avtobuslar və sıxılmış qazla hərəkətə gətirilən tibbi məqsədlə istifadə olunan avtobuslar idxal gömrük rüsumundan azad edilib.