Azərbaycanın strateji valyuta ehtiyatları artıb

2021.07.30 15:31 (UTC+04:00)

Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən artaraq 52,2 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında məlumat verib.

Mərkəzi Bankın sədri qeyd edib ki, AMB-nin valyuta ehtiyatları da bu ilin əvvəlindən 2 faiz artaraq 6,5 milyard dollara çatıb.