Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən, 2021-ci ilin iyun ayında güzəştli şərtlərlə əmək pensiyası alanların sayı 127 min nəfərdən çox olub. Güzəştli şərtlərlə əmək pensiyası alanların 97 min nəfərdən çoxuna yaşa görə, 16,5 min nəfərdən çoxuna isə əliliyə görə bu imtiyaz verilib. 13,5 min nəfərdən çox şəxsə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib.