Birjalarda neft qiymətləri

2021.07.30 11:52 (UTC+04:00)

Dünya birjalarında neft qiymətləri ucuzlaşır.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,59 dollar azalaraq 75,46 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,62 dollar ucuzlaşaraq 73 dollar olub.